North American P-51 Mustang
North American P-51 Mustang (Masteng), Böyük Britaniya-ABŞ ortaqlığı əsasında yaradılmış olan İkinci dünya müharibəsi qırıcı təyyarə modelidir.
Yüksək hündürlükdə uçan ağır bombardmançıları müşayiət etmək üçün hazırlanmışdır. İkinci dünya müharibəsinin ən uğurlu təyyarələrindən biridir.
Növü: Qırıcı təyyarə
Mənşə: ABŞ
İstehsalçı: North American Aviation
İlk uçuş :26 oktyabr 1940
Xidmətə qəbul ili: 1942
Xidmətdən kənarlaşdırılması: 1984
Mövcud vəziyyəti: Xidmətdən kənarlaşdırılmışdır. Akrobatik nümayişlərdə hələ də istifadə olunur.
Əsas istifadəçi: ABŞ Hərbi Hava Qüvvələri
Digər istifadəçilər:
1) Kral Hərbi Hava Qüvvələri
2) Çin Respublikası Hərbi Hava Qüvvələri
İstehsal sayı :15,000 ədəddən çox
Vahidinin dəyəri: 50,985 US$ (1945) (2018-ci ildə 570,000 US$-a bərabərdir)
Baza modelləri:
1) North American F-82 Twin Mustang
2) Piper PA-48 Enforcer
3) Rolls-Royce Mustang Mk.X
Dəyişdirilmiş versiyaları:
1) North American A-36 Apache
2) Rolls-Royce Mustang Mk.X
3) Cavalier Mustang
İkinci dünya müharibəsindən əvvəl və müharibənin əvvəlində bombardmançı fəlsəfəsi yalnız sürü halında və sıx nizam vəziyyətində bombardmançı basqının təsirli olacağını proqnozlaşdırmışdı. Bu təyyarələrin müdafiə silahları daha sonra inkişaf etdirilsə də, atəş gücünün bu qədər artırılması belə bir müddət sonra kifayət etməyəcəkdir. P-51 bu vəziyyətə bir həll yolu məqsədilə hazırlanmışdır. Yüksək hündürlükdə uçan uzun məsafəli Amerikan bombardmançılarını qorumaq P-51-lərin əsas vəzifəsi olmuşdur. Bu hədəf əsnasında yüksək hündürlükdə uçmaq üçün hazırlanmışdırlar.